QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İB-NİN SƏDRİ FİRİDUN MƏMMƏDOVUN TƏBRİK MÜRACİƏTİ
- Yeganə
- Nov 8, 2020
- 1 min read
Əziz Azərbaycan xalqı, bu gün möhtəşəm gündür, bu gün ŞUŞAnın azadlığı günüdür! Bu gözəl gün münasibətilə bütün xalqımızı, keçmiş və indiki döyüşçüləri, şəhid ailələrini, qaziləri, bir sözlə bütün azərbaycanlıları təbrik edirəm.
Çoxdan gözlədiyimiz bu şad xəbər münasibətilə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin bütün idarə heyətini, filial sədrlərini və üzvlərini təbrik edirəm. Hamının gözü aydın olsun!
Şuşanın azadlığı müjdəsini verən Ali Baş Komandana və müzəffər ordumuza minnətdarlığımızı bildirirəm. Bu xoşbəxt günü bizə yaşatdığına görə Azərbaycan əsgərinə borcluyuq.
Gözünüz aydın, əziz şuşalılar! Şəhidlərimizin ruhu şad olsun1 Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Ali Baş komandana! Yaşasın Azərbaycan!

Opmerkingen