QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İB-Yİ İLK ŞƏHİDİNİ VERDİ
- Yeganə
- Oct 7, 2020
- 1 min read

Oktyabrın 6-na keçən gecə Ağdamda gedən qızğın döyüşdə Qarabağ Əlillərinə Qayğı İB-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, keçmiş döyüşçü, cəsur kəşfiyyatçı, qazi, 2-ci qrup Qarabağ əlili, əslən Ağdamdan olan cəngavər cüssəli Abbasov Müşfiq Qabil oğlu qəhrəmancasına şəhid olmuşdur. Allahdan şəhidimizə rəhmət diləyir, məkanın cənnət olsun deyirik. Qanınız yerdə qalmayacaq inşaallah.
Şəhidimiz haqqında geniş materialı fasebook səhifəmizdən və saytımızdan oxuya bilərsiniz.

Comentários