"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən erməni general saxlanıldı
- Yeganə
- Nov 20, 2020
- 1 min read

"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb. Trend-in erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə M.Akopyanın özü məlumat verib. General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib. Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: "İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".
Comments