Qarabağdan Ermənistan hərbçiləri çıxarılır - TƏCİLİ
- Yeganə
- Mar 21, 2021
- 1 min read

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan çıxarılır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, polkovnik Senor Asratyan Facebook akkauntunda belə yazıb.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ ərazisindən bütün erməni silahlı birləşmələri çıxarılır.
"Baş nazir Nikol Paşinyan bu qərarına "şərbi çağırışçıların valideynləri belə istədilər" deyərək haqq qazandırmağa çalışacaqlar. Bundan başqa, Meğridə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedir", - S.Asratyan yazıb.Metbuat.az
Comments