top of page

Qardaşı və oğlu cəbhədə olan Əflatun Qubadov: “Hər ikisinin borcudur”

  • Yeganə
  • Nov 27, 2020
  • 1 min read



Müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ müharibəsinin iştirakçılarından olub. Məsələ ilə bağlı Ə.Qubadova suallar ünvanlasaq da, o, bu mövzudan danışmağı özünə yaraşdırmadığını dedi: "Hər ikisinin borcudur. Gedib Vətən borclarını yerinə yetiriblər. Bununla özümü reklam etmək istəmirəm. Kimin uşağından əskikdirlər? Getməliydilər də. İndi mən müharibəylə özümü reklam edim? Bəs onda şəhid anaları nə etsinlər? Mən efirə çıxmağa utanıram. Şəhid anaları baxır, necə mahnı oxuyum? Olmaz”.

Comments


bottom of page