top of page

Qazilərə, şəhid ailələrinə verilən dəstək kampaniya xarakterli olmamalıdır

  • Yeganə
  • Mar 29, 2021
  • 2 min read




Ağır yaralanan daha 27 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Onların müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Bundan öncə 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Fondun rəhbəri, ehtiyatda olan kapitan, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyəti barədə bizimyol.info-ya məlumat verərkən bildirib ki, hazırda Yaşat fondu əsasən qazilərin müalicəsi, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, övladlarının təhsili və onların ailələrinin bank borclarının bağlanması istiqamətində işlər görür. “4 qazimiz artıq Türkiyədən geri qayıtdı, orda qalan 20 nəfərin müalicəsi reablitasiya mərkəzlərində davam edir, onlarla məşğul olurlar. Bu gün göndərilən 27 nəfərin bir hissəsi əməliyyat, bir hissəsi reablitasiya üçün gedir. Ümumilikdə, Yaşat Fondu 51 qazimizi Türkiyəyə göndərib, 4 nəfər sağalaraq geri dönüb”,- deyə o qeyd edib. Fonda toplanan ianələr barədə məlumat verən Elvin Hüseynov qeyd edib ki, bu günə qədər daxil olan inaələrin toplam məbləği 30 milyon 574 min 992 manat 54 qəpik təşkil edir. Bu vəsaitin 16 milyon 350 min 152 manatı xərcələnib. Qalıq vəsait 14 milyon 224 min 859 manat 66 qəpik təşkil edir. Xərclənən vəsait 3779 ödəniş prosesinə sərf edilib. Hazırda ianaələr gəlməkdə davam edir. Martın əvvəlində İsraildən bir qrup göz cərrahı Azərbaycana gəldi. Milli Oftolmologiya mərkəzində bir həftə fəaliyyət göstərdilər. Qazilərimizi ödənişsiz əməliyyat etdilər, göz protezləri qoydular.Bir neçə qazimizə buynuz qişası köçürüldü və görmələri bərpa olundu. Taxılan protezlər çox yüksək keyfiyyətə malikdir və qazimiz özü gözünün protez olduğunu deməsə bunu anlamaq çətindir.Bu da onların sonrakı adaptasiyasında çox vacib bir amildir”,- deyə fond rəhbəri qeyd edib. O həmçinin vurğulayıb ki, növbəlilik əsasında hamının müraciətinə baxılacaq, narazı olan ailələr bir qədər səbirli olmalıdırlar. İsrailli həkimlərdən söz düşmüşkən, qeyd edək ki, AZAL şirkətinin bu həkimləri gəirməsinə də xeyli vəsaitin xərclənməsi sosial şəbəkələrdə tənqid olundu. Bir həftə Bakıda qalan 8 mütəxəssisin Bakıya gəliş-gediş biletləri üçün AZAL-a 132 min manat vəsait köçürmüşdü. Bu məbləğ heyrət doğurmaya bilməzdi. İsrailli həkimlər göstərdikləri xidmət müqabilində heç nə istəməslər də, AZAL onların da əvəzinə işləmiş oldu. Media nümayəndələrinin də xətaları az deyil. Ölkə başçısı bu fondu ona görə yaradıb ki, şəhid ailələrinin və qazilərin problemlərini həll eləsin. Görülən işlər hesabat şəklində aylıq olaraq ümumi rəqəmlərlə verilməlidir ki, ictimaiyət də bilsin. Amma qazilərin ağır yaralı vəziyyətdəki hallarını , yaxınlarının görmək istəməyəcə şəkillərini yayımlayıb, duyğu istismarı yaratmaq, yaxşılıq edib sonra onu reklam eləmək, qaziyə minnət qoymaq, kameralara çəkib ağrıdan qovrulan qaziyə yüz dəfə "sağ olun" deditrmək xoşagəlməz vəziyyətdir. Qaziyə minnətlə yüz dəfə kamera qarşında sağ ol söylədib, minnətli nəsə eləmək ayıbdır. O canlı ayağını vətən üçün itirib, indi ona dəmir ayaq verib, boynuna minnət qoymaq ayıbın böyüyüdür.Canını vermiş qazi, şəhid valideyni niyə minnətdarlıq bildirməlidir? Bu xalqın onlara minnət borcu var, özü də bir ömür. Bir müddət öncə hamılıqla şəhid və qazilərimizi qəhrəmanlar kimi təsvir elədik, gözdən yayınanlar da oldu, həddən artıq diqqət alanlar da .Amma bu kampaniya xarakterli oldu. halbuki unutmamalıyıq, unutdurmamalıyıq.

Comments


bottom of page