Qazimizin yardıma ehtiyacı var
- Yeganə
- Dec 7, 2020
- 1 min read
Ucar rayon sakini Fərəcov Elgün Həbib oğlu 2-ci “Vətən müharibəsi”ndə ayağından ağır yaralanıb. Acınacaqlı məişət şəraitində yaşayan Fərəcovlar ailəsinin yardıma ehtiyacı var. 10 nəfərlik külfətin yeganə ümid yeri idi Elgün. “Vətən müharibəsi” başlayanda o da hər kəs kimi adına çağırış gəldiyindən ordu sıralarına qatılmışdı. Sentyabrın 29-dan etibarən xidmətə yollanan Elgün çox çəkmir ki, qızğın döyüşlərdə iştirak edir, xüsusən, Ağdərə istiqamətində fəallıq göstərir. Lakin düşmənin atdığı mərmi Elgünün yanına düşür və o, sağ ayağından ağır qəlpə yarası alır. Əvvəlcə yarasının fərqinə varmayan qəhrəmanımız qan itkisindən özündən getdiyi zaman döyüş yoldaşları onun imdadına çatır və yaralı əsgəri tələm-tələsik xəstəxanaya göndərirlər. Sağ ayağının bud nahiyyəsindədir Fərəcovun yarası. Baxmağa belə ürəyimiz dözməyəcək qədər böyük, dərin bir yara. Bu yara üzündən bəlkə də bir daha ayaq açıb gəzə bilməyəcək Elgün, amma dilində tək bir söz var: “Vətən sağ olsun!” Bir neçə əməliyyat keçirən qazimizin müalicələri ev şəraitində davam edir. Bildirirlər ki, mütəmadi olaraq həkimlər gəlib nəzarət edirlər. Lakin ailənin məskunlaşdığı Ucar şəhərində yerləşən bir otaqlı idarə binasında, nəinki, 10 nəfərlik külfətin, heç qazinin belə normal şəkildə müalicəsi və yaşaması üçün əlverişli şərait yoxur. Ümid edirik ki, aidiyyəti orqanlar məsələni diqqətə gğtürəcək və ən qısa zamanda qazimizə lazımi yardımlar göstəriləcək.
Comments