Qış qapıda: İstilik vaxtından tez veriləcək? - AÇIQLAMA
- Yeganə
- Oct 6, 2020
- 1 min read
Son illər fəsillərin yerini dəyişməsi müşahidə olunur.
Payız mövsümünü yaşasaq da, havalar soyuq keçir. Lakin havanın temperaturunun aşağı olmasına, havaların yağışlı olmasına baxmayaraq evlərə istilik sistemlərinin verilməsinin konkret tarixi var.
“Azəristilik” qışa hazırlaşırmı? Hava şəraiti kəskin soyuyarsa, istilik sistemlərinin vaxtından tez verilməsi mümkündürmü? Nəzərə alsaq ki, hazırda həm də pandemiya şəraitidir, istilik sistemi daha tez verilə bilərmi?
Mövzu ilə bağlı

danışan "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Rafiq Əliyev bildirib ki, hələ bu haqda dəqiq bir şey demək üçün tezdir: “İstilik sistemlərinin verilməsi üçün mövsüm noyabrın 15-dən başlayır.
Hələ vaxta var deyə bu haqda dəqiq məlumatları ümumiləşdirib hazırlamamışıq. Hər şey tam hazır olduqdan sonra bu haqda mətbuata açıqlamamız olacaq”.
Opmerkingen