top of page

Rusiyanın ordu generalı Xankəndinə gəlib - Qarabağda nə baş verir?

  • Yeganə
  • Mar 31, 2021
  • 1 min read



Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib. D.Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. D.Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”. O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib. //APA

Comentários


bottom of page