top of page

Sabahın hava proqnozu açıqlandı

  • Yeganə
  • Oct 8, 2020
  • 1 min read

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz  19-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. 

Oktyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz  8-12 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Comments


bottom of page