top of page

Sabahın hava proqnozu açıqlandı

  • Yeganə
  • Oct 22, 2020
  • 1 min read


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz  cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək  768  mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək .  Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı  yerlərdə  arabir güclənəcək.  Havanın temperaturu  gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə  isti olacaq.   Tibbi-meteoroloji proqnoz Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Comentários


bottom of page