top of page

Sabirabad Rayon Mərkəzi Xəstaxanasında Qarabağ əlilini döymək istəyən həkim kimdir?

  • Yeganə
  • Dec 22, 2020
  • 1 min read

Sabirabad Rayon Mərkəzi Xəstaxanasında nələr baş verir? Orada covid -19 xəstələrinin talehini kimlər həll edir və ya 200 manatın yoxdursa ölməlisən!



Sabirabad Rayon Mərkəzi Xəstaxanasında yatan xəstələrə qarşı nə diqqət nədə qayğı göstərilmir. Bu məsələ ilə bağlı saytmıza hal-hazırda Sabirabad rayon mərkəzi xəstaxanasında Covid-19 xəstəsi olan “Qarabağ Əlillərinə Qayğı” İB-nin Səhiyyə üzrə müavini II qrup Qarabağ əlili Dursunov Rüstəm bildirmişdir. Qarabağ Qazisi həkimlərdən həm ona həmdə digər covid-19 xəstələrinə baxılmasını dəfələrlə tələb edib. Ancaq nəinki xəstələrə baxmaq hətta Rüstəm bəyə hədə qorxu gəliblər. Rüstəm bəyin sözlərinə görə həkimlər ondan xəstaxanada qalması üçün 200 azn pul istəyiblər. Qarabağ əlili Rüstəm Dursunov isə bundan imtina edib. Nəticədə qalmaqal yaranıb və terapeya şöbəsinin həkimi olan Əliyev Fazil ona “Başına bir yumruq vuraram sərilərsən yerə” deyərək hədə və təhqiraramiz sözlərə yol verib. Baş tibb bacısı isə Sima adlı Qadın isə həkimlərlə əlbirdir. Ümid varıq ki, Qarabağ əlili və digər bu kimi hallarla qarşılaşan insanların hüquqları qorunacaqdır.

ความคิดเห็น


bottom of page