Slutskidən təklif: "Putini təhqir edən həbs edilməlidir"
- Yeganə
- Mar 28, 2021
- 1 min read

Rusiya prezidentini təhqirə görə cəzalar ağırlaşdırılmalıdır. Bunu Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Leonid Slutski deyib. Onun sözlərinə görə, Belçikada hakimiyyət nümayəndəsini təhqir etməyə görə 2 ildən 3 ilə kimi, Danimarkada 3 ildən 4 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur: “Bizdə də prezidenti təhqir edənlərə qarşı cəzanı sərtləşdirmək lazımdır. Prezident ölkəni, hamımızı qoruyur”, – Slutski bildirib. Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini qatil adlandırmışdı.
Comments