SON DƏQİQƏ: ermənilərdən Bərdəyə DƏHŞƏTLİ HÜCUM - Xeyli sayda ÖLÜ VƏ YARALI VAR (YENİLƏNDİ)
- xuramanhamidova
- Oct 28, 2020
- 1 min read

Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
***
Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub.
Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür. Azı 5 mülki şəxs ölüb
Comments