SON DƏQİQƏ: Trampın müşaviri Paşinyana zəng etdi: "Atəşkəslə bağlı öhdəliklərini yerinə yetir!"
- Yeganə
- Oct 30, 2020
- 1 min read

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxladığını və tərəfləri atəşkəsə riayət etməyə çağırdığını deyib. Bu barədə erməni mediası məlumat yayıb. Həmin məlumata görə, Robert Obrayn Paşinyanla telefon danışığı zamanı bunları deyib: “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla danışarkən bir daha təkrarladım ki, Azərbaycan və Ermənistan atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməlidir. Hər iki ölkənin xalqları ağır itkilərə məruz qalıb. O cümlədən hərbi hücum əməliyyatları ilə üzləşən erməni xalqı itkilərin ağırlığını daşıyır”. “Münaqişənin hərbi həlli yoxdur. Bütün xarici qüvvələri münaqişəyə müdaxilə etməməyə və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə çağırırıq”, – deyə R.Obrayn bəyan edib.
Comments