SON DƏQİQƏ! Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
- Yeganə
- Mar 31, 2021
- 1 min read

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Ölkə.Az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir. Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.
Comments