SON DƏQİQƏ: Operativ QərargahTƏCİLİ MƏLUMAT YAYDI - BU GÜN...
- Yeganə
- Mar 30, 2021
- 1 min read

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 257 330 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir. Son sutka ərzində 7 630, hazırkı dövrədək isə 2 844 674 test aparılıb.
Comments