Sonu yaxınlaşan Paşinyan bu səhər Putinə yalvarış dolu məktub göndərdi...
- Yeganə
- Oct 31, 2020
- 1 min read
Bu gün - 31 oktyabrda RA Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir məktub göndərib. Işğalçı ölkə mediasının yaydığı məlumata görə, Paşinyan məktubda Azərbaycanın əks-hücumları nəticəsində yaranmış vəziyyəti və bununla əlaqədar yaranan problemləri hərtərəfli təqdim edib.

Terrorçu baş nazir Rusiya Federasiyasının Ermənistan sərhəddinə hərbi əməliyyatların yaxınlaşmasını, “Ermənistan ərazisinə artıq baş verən təcavüz faktlarını” nəzərə alaraq və bu müttəf ölkənin təhlükəsizliyini əsas götürərək Ermənistana edə biləcəyi yardım növünü və miqdarını təyin etməkdən ötrü dərhal məsləhətləşmələr aparmaq üçün Rusiya Federasiyası Prezidentinə müraciət edib. Məktubda Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri və iki ölkə arasındakı 29 avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsi də xatırlanıb.\\Moderator.az
コメント