SUMQAYIT İCRA HAKİMİYYƏTİ ŞƏHİD AİLƏLƏRİNİ ALDADIR !!!
- Yeganə
- Dec 18, 2020
- 1 min read



Hüseynov Elçin Zamin oğlu. 6 sentyabr 1992-ci ildə Bakı şəhərində, Allahverdizadə Elnur Əli oğlu.15 aprel 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşlar.
Hüseynov Elçin 2012-2013-cü illərdə hərbi xidmətdə olub. Həqiqi Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildən müddətdən artiq xidmət etməyə başlayıb. Vətəninə layiqincə xidmət edən Elçin 2016-cı ildə aprel döyüşlərində də iştirak etmiş və qəhrəmancasına döyüşmüşdür.
2020-ci il sentyabrın 27-də işğalda olan torpaqlarımızın düşməndən azad olunması uğrunda başlamış II Qarabağ müharibəsinə Allahverdizadə Elnur Əli oğlu və Hüseynov Elçin Zamin oğlu könüllü olaraq vuruşmağa yollanmışlar. İgid oğullarımız qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Hüseynov Elçin Zamin oğlu 17 oktyabr 2020-də, Allahverdizadə Elnur Əli oğlu 8 noyabr 2020-də torpağa tapşırılıblar.
Ölümündən sonra şəhər icra hakimiyyətindən Teymur Səfərov və Vasif adlı nümayəndələr şəhidlərimizin ailəsini ziyarət etmək üçün onların evinə gəlib.Şəhid ailələri icra nümayəndələrinə müraciət edərək məhəllədə şəhidlərimizin xatirəsinə onların şəkillərinin əks olunduğu lövhə qoymaq istədiklərini bildirmişlər.İcra nümayəndələri şifahi şəkildə buna icazə versələr də daha sonra Vasif və bir neçə icra nümayəndəsi məhəlləyə gələrək işi saxlayıb və yazılı müraciət etmələrini deyib. Uzun get-gəldən sonra isə şəhid ailəsinə etiraz cavabı verilib. Redaksiya olaraq şəhid ailələrinə olan bu hörmətsizliyə icra hakimiyyətinin cavab verməsini gözləyirik.
Comments