top of page

Suqovuşan Su Anbarı bəndində təmir-bərpa işləri aparılacaq

  • Yeganə
  • Apr 2, 2021
  • 1 min read



"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsi Suqovuşan Su Anbarı bəndində təmir-bərpa işlərinin aparılması üçün layihə və smeta sənədlərinin hazırlanması məqsədi ilə kotirovka sorğusu elan edib. “Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 6-sı, saat 16:00-a qədər idarənin yerləşdiyi Tərtər şəhəri, Vüqar Həsənov Küçəsi, 2 ünvanına təqdim edə bilərlər. Maraqlanan təşkilatlar (22) 236-17-43 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Commentaires


bottom of page