Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı - VİDEO
- Yeganə
- Nov 27, 2020
- 1 min read
"Səxavətin qəbrini ziyarət etdim".

Qaygi.info xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuz Səxavət işğaldan azad olunan Ağdam rayonu və mərhum xanandə Səxavət Məmmədovun qəbrini ziyarət etməsindən danışarkən deyib. Xanəndə Abdal-Gülablıda qəbiristanlığın dağılmadığını qeyd edib: "30 ildir baxımsız olduğundan qəbirlər çöküb. Səxavətin ruhu da sevindi. Yaxın gələcəkdə onun qəbrinin üstünü götürəcəyik". Firuz Səxavət deyir ki, Abdal-Gülablıda bir ev belə qalmayıb: "Kəndimizə getdim... Orda gördüyüm mənzərədən dəhşətə gəldim, xeyli müddət özümə gələ bilmədim. 30 il erməninin yaşadığı kənd necə olar? Kəndimizdən əsar-əlamət yoxdur. Bir dənə ev qalmayıb, hamısı dağılıb. Hamı donub qalmışdı, heç kəs heç kəslə danışmırdı, dəli kimi ora-bura baxırdım. İnsanın öz evini belə görməsi çox çətindir". Qeyd edək ki, hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olub. Yaratdığı "Qarabağ" instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. Xanəndə 1991-ci il sentyabrın 30-da Şirva
Comments