top of page

Tanınmış ssenarist evdə ölü halda tapılıb - FOTO

  • Yeganə
  • Dec 20, 2020
  • 1 min read



Türkiyəli məşhur ssenarist Alper Alpözgen dostunun evində ölü halda aşkarlanıb.

Dünən gecə saatlarında dostunun evinə qonaq gedən A.Alper "Özümü yaxşı hiss etmirəm" deyərək qonaq otağına keçib. Bir müddət sonra sonra onu oyandırmağa gedən ev sahibi Alperin hərəkətsiz halda uzandığını görüb. Həyəcanlanan ev sahibi dərhal polisə və təcili yardım xidmətinə zəng edib.

Aparılan ilkin araşdırmalar zamanı Alperin bədənində hər hansı zərbə izlərinə rast gəlinməyib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Fakt araşdırılır.(redaktor)



Comments


bottom of page