Taylandda yeni öldürücü virus peyda olub
- Yeganə
- Feb 10, 2021
- 1 min read
Koronavirusla bağlı araşdırma aparan alimlər göstəriciləri COVID-19-la 90% eyni olan “RacCS203” adlı virusu kəşf ediblər.

Məlum olub ki, əslində Asiya ölkələrində yaşayan yarasalarında bir çoxunda bu tip viruslar var və onların mənşələri təxminən eynidir. Hazırda yeni tip virus ancaq Taylandda mövcuddur. Sinqapur Universitetinin professorlarının qənaətinə görə, Çinin Uhan şəhərində də koronavirusun köklərinə sahib olan və bənzərlikləri 93.6 % olan “RmYN02” adlı virus da bu silsiləyə daxildir. Digər tərəfdən isə ÜST-ün Çinin Uhan şəhərində araşdırma aparan nümayəndələri ötən gün virusun köklərinin əslində heç bir heyvana aid olmadığını və Uhandakı ilk yoluxmanın əslində 2019-cu ilin dekabrında qeydə alındığını açıqlayıblar.
留言