top of page

Türk sürücünün ermənini öldürməsi haqda Ermənistan KİV-in yaydığı xəbər yalan çıxdı - RƏSMİ

  • Yeganə
  • Mar 25, 2021
  • 1 min read



Ermənistan Xarici İşlər Nazirliyi Gürcüstan-Rusiya sərhədində yük maşınları sürücüləri arasındakı dava zamanı guya bir türk sürücünün erməni həmkarını öldürməsi barədə məlumatı təkzib edib. Bu haqda Ermənistan XİN sözçüsü Anna Naqdalyan “Sputnik Ermənistan”- a açıqlamasında danışıb. "Gürcüstan və Rusiyadakı diplomatik nümayəndəliklərimiz (Rostov-Don) bu ölkələrin səlahiyyətli orqanları ilə əlaqə qurublar və bu məlumat təsdiqlənməyib"- deyə A.Naqdalyan bildirib. Bundan əvvəl Gürcüstan XİN-də sözügedən informasiyanı eyni qaydada təkzib edib. Xatırladaq ki, dünəndən erməni mediası və sosial şəbəkələrdə guya Gürcüstan Hərbi yolunun yaxınlığında kimsəsiz bir ərazidə baş vermiş qarşıdurma nəticəsində türk mənşəli sürücünün bir erməni sürücünü öldürməsi haqda məlumatlar yayılıb. Sultan Laçın

Comments


bottom of page