top of page

Türkiyədə parlament binasına ildırım düşdü

  • Yeganə
  • Mar 23, 2021
  • 1 min read


Türkiyə Böyük Millət Məclisinin yerləşdiyi binanın həyətinə ildırım düşüb. “CNN Türk” xəbər verir ki, parlament binasının həyətinə düşən ildırım yaşı yüzü ötən ağacı yarıya bölüb. Polis qrupları və TBMM mühafizə personalı ağacın ətrafını mühasirəyə alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İnsidentdən sonra parlamentdə elektrik enerjisi kəsilib.

 
 
 

Comments


bottom of page