Türkiyəli aktrisa: “Şuşanı görmək üçün Azərbaycana gələcəm”
- Yeganə
- Dec 11, 2020
- 1 min read
Məşhur türk aktrisa Serpil Tamur ATV-də yayımlanan “ATV səhər” proqramının virtual qonağı olub.

Türk aktrisası Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə sevincinə şərik olduğunu bildirib: “Bütün qəlbimlə sizin bu haqq savaşınızda qələbə çalacağınıza inanırdım. Həmişə deyirdim ki, bu, hər birimiz üçün bir bayram olacaq və bu bayramı birlikdə qeyd edəcəyik. İndi o günü qələbə günü kimi qeyd edirik. İşğal altında olan topraqlarınızın azad olunmasına görə böyük sevinc hissi keçirirəm. Qələbə günü gecə səhərə qədər gözümü yuma bilmədim. Nə gözəl, ana torpaq birləşdi”. S.Tamur ermənilərin Azərbaycanın tarixi mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizmə də münasibət bildirib: “Yaşadığınız kədəri hiss etməmək mümkün deyil. Ermənilər bütün abidələri məhv ediblər. O tarixi tikililərin hər biri Azərbaycanın sərvəti və keçmişidir. Heç bir ölkənin keçmişi dağıdıla, yaxud da yox edilə bilməz. Sizin həmin abidələri yenidən bərpa edib dirçəldəcəyinizə inanıram. Bilmirəm niyə, amma əmin idim ki, torpaqlar alınacaq və bizim olacaq. Şuşa da mədəniyyətin beşiyidir. Şuşayı təkrar öz torpaqlarına qatdığı üçün Azərbaycanı təbrik edirəm. Orada bir teatr, opera, kosnert izləmək dünyanın ən gözəl hissi olar. Söz verirəm, ən qısa zamanda Azərbaycana gəlib Şuşanı görəcəm. Oranı görmək üçün gələcəm”.
コメント