top of page

Təhsil Nazirliyi: Düşmən təcavüzü nəticəsində 37 məktəb dağılıb, 3 məktəbli həlak olub

  • Yeganə
  • Oct 13, 2020
  • 1 min read

Təhsil Nazirliyi düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Nazirlikdən "Qayğı"-ya verilən məlumata görə, dağıntılara məruz qalan məktəblərin siyahısı aşağıdakı kimidir:

Tərtər – 12 məktəb


Ağdam – 11 məktəb

Gəncə - 5 məktəb

Füzuli – 4 məktəb

Goranboy – 3 məktəb 

Bərdə - 1 məktəb

Ağcabədi – 1 məktəb 

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.



Comments


bottom of page