Tərtərdə ikinci “İlham-Fərizə dastanı” yaşandı
- Yeganə
- Oct 13, 2020
- 1 min read

Əslən Tərtərdən olan İlham İsmayılın bildirdiyinə görə, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 1995-ci il təvəllüdlü Mehdi Elçin oğlu Məmmədovun bu gün səhər saatlarında Sarıcalı kəndində dəfn mərasimi keçirilib.
Mərasim başa çatmamış xəbər gəlib ki, Şəhidimizin nişanlısı Səfərova Mələk Valeh qızı da Elçinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib. Kənd sakinləri indi də Mələyi son mənzilə yola salıblar.
Comments