top of page

UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

  • Yeganə
  • Dec 19, 2020
  • 1 min read


UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.

Qurumun rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisinə texniki məğlubiyyət verilib. Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub. Qeyde edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.

Comments


bottom of page