Ukrayna Qarabağa batalyon göndərən Abxazı axtarışa verdi
- Yeganə
- Jan 29, 2021
- 1 min read

Ukrayna Təhlükəsizlik Xidməti məşhur abxaz terrorçu Axra Avidzbanı axtarışa verib.
Bu məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin Donetsk və Luqansk vilayətləri idarəsi öz Feysbuk səhifəsində paylaşıb. Məlumatda Avidzbanın 2014-cü ildə Donbasda “Pyatnaşka” beynəlmilləl hərbi briqada yaratdığı bildirilib.
Qeyd edək ki, Axra Avidzba “Abxaz” ləqəbi ilə məşhurdur. O, Donbas müharibəsinin iştirakçısıdır. Donbasdakı döyüşlərdən sonra bir müddət yoxa çıxan Avidzba sonra Abxaziyada peydə olmuş və burada yaranan siyasi böhranda aktiv iştirak etmişdi. Məhz bunun nəticəsində Abxaziyanın “eks-lideri” Raul Xacimba istefaya getmişdi. Qondarma rejimdə qurulan yeni hökumətdə Avidzba “prezidentin beynəlxalq münasibətlər üzrə köməkçisi” təyin olunmuşdu.
Axranın rus mafiyası ilə sıx əlaqələri var. Belə ki, onun qardaşı mafiya üzvlərindən biri olub və qanuni oğru kimi tanınıb. Qardaşı sonra Xacimba hakimiyyəti tərəfindən məhv edilib.
II Qarabağ savaşı zamanı Soçidə olan Avidzba buradan Qarabağdakı erməni separatçı dəstələrinə dəstək verib. Onun sayəsində Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradılaraq Qarabağa göndərilib.
Comentários