top of page

Uçan binanın dağıntıları altında 18 nəfərin meyiti aşkarlandı

  • Yeganə
  • Mar 28, 2021
  • 1 min read



Misirin paytaxtı Qahirədə uçmuş 10 mərtəbəli yaşayış binasının dağıntıları altında 18 nəfərin meyiti aşkarlanıb.

Məlumatı “El Balad” nəşri yayıb.

Hadisə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda dünən gecə saatlarında baş verib. Xilasedicilər gün ərzində dağıntılar altında qalanların axtarışlarını davam etdiriblər.

İlkin məlumatlara görə, binanın sahibi iki mərtəbəni qanunsuz tikib. Prokurorluq hadisə ilə bağlı təhqiqata başlayıb.

Daha əvvəl bildirilirdi ki, yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb.

Comments


bottom of page