“Valideynlərim evi tərk edəndə yaddan çıxıb məni kənddə unudublar, daha sonra isə...”
- Yeganə
- Oct 22, 2020
- 1 min read
Azərbaycan Prezidenti İlham Əliyev ordumuz tərəfindən Füzuli, Cəbrayıl və Zəngilan rayonlarındakı yeni ərazilərin işğaldan azad edilməsi ilə bağlı “Tvitter” hesabında paylaşım edib. Azad olunan kəndlər arasında Fizuli rayonunun Gecəgözlü kəndi də var.
Kənd sakini Azad Əlizadə sevinc hisslərini ilə bölüşüb:
“Bir neçə dəqiqə öncə cənab prezident tvitter hesabında bizim də kəndimizin işğaldan azad olunmasını elan etdi. Ailəlikcə çox sevincliyik. Çox şükür ki, bu günü biz yaşadıq. Cənab prezidentə bizə bu sevinci yaşatdığına görə təşəkkür edirik. Mən kənddən çıxanda 3 yaşım olub. Atam kəndimizdə 3 mərtəbəli villa tikdirmişdi, o villada cəmi bir gün yaşadıq. Səhəri günü kəndi tərk etmək məcburiyyətində qaldıq. Valideynlərim danışır ki, baş qarışıq olub, kənddən çıxanda mən yaddan çıxıb evdə qalmışam, daha sonra ağlaya-ağlaya onların arxasınca düşmüşəm. Öncə gəlib Biləsuvarda məskunlaşdıq, çətin günlərimiz başladı. Anam-atam Fizulidə yaşayır, atam nə qədər etdik Bakıda ev tikdirmədi, dedi ki, mən öz kəndimizə gedəcəm. O bu dəqiqə Gecəgözlü kəndini görmək arzusundadır” deyə bildirib.\\Moderator.az

Comments