Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu
- Yeganə
- Mar 8, 2021
- 1 min read

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. Qaygi.info apa-ya istinadən xəbər verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
Comments