top of page

Xalq artisti Sevilin intiharı ilə bağlı GÖRÜN NƏLƏR YAZDI

  • Yeganə
  • Feb 22, 2021
  • 1 min read




Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib. Qaygi.info xəbər verir ki, müğənni feysbukda paylaşdığı postda cəmiyyətdə gördüyü nöqsanları ifadə edib: "Nə kimi əməlisalehlik etmişsiniz bu həyatda? • Həddi-büluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyərək bəraət qazandırdınız. • Zorlanan qıza yox, cinayətkara can yandırdınız. • Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi gözü dikib, "haramla yığıb da!" dediniz. • Qız uşağı doğulmasın deyə nəsilliklə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdiniz. • Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz. İndi də intihar edənləri araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".

Comments


bottom of page