Xalq artistindən fəxri ad istəyənlərə məsləhət: “Sənətə xidmət etməlidirlər, boş-boş...”
- Yeganə
- Jan 31, 2021
- 1 min read
Xalq artisti Niyaməddin Musayev son günlər fəxri ad istəyən sənətçilərdən danışıb.
Açıqlama verən sənətkar bu halın düzgün olmadığını bildirib.
“Dövlət onların gördüyü bütün işlərdən xəbərdardır. Bunun üçün xüsusi qurumlar var ki, hər şeyi nizamlayır. Onlar bilirlər ki, kim fəxri ada layiqdir, kim layiq deyil. Hər şey göz qabağındadır. Onların hər biri öz yerini tapacaq. Yetər ki, zəhmət çəksinlər, tarix üçün çalışsınlar, tarixdə yadigar bir iz qoysunlar. Hər şey birdən-birə olmur. Biri var əyləncəli, biri də var insanın ruhunu oxşayan və yaxud tarixi mahnılar. Sənətçi sənətə xidmət etməlidir, həyatını boş-boş şeylərə sərf etməməlidir. Çalışmalıdır ki, oxuduğu mahnılar, yaşasın. Təbii ki, xalqın ələyi var, yaxşılar qalacaq, pislər gedəcək” deyə Niyaməddin Musayev bildirib.
Xalq artisti koronovirusa qarşı vaksindən də danışıb.

“İnsanlar çalışsınlar ki, başqalarına virus keçirməsinlər, bütün gigiyena normalarına tam əməl etsinlər. Hər şey Allahın əlindədir deməklə bitmir. İnsanlar da buna laqeyd olmamalıdır. Vaksinin də ziyanı yoxdur, vaksindir də. Hər zaman xarici ölkələrə gedəndə bizə vururdular ki, xəstəlik keçirməyək. Əgər lazım gələrsə mən də vaksin vurduracam” deyə Xalq artisti bildirib.
Comments