top of page

Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət açıqlandı

  • Yeganə
  • Feb 3, 2021
  • 1 min read

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Bunu onun həyat yoldaşı Güllü Hüseynova deyib. O qeyd edib ki, Xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”. G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Xatırladaq ki, səhhətində problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə R.Hüseynovun müalicəsi nəzarətə götürülüb.

Comments


bottom of page