Xankəndi xəstəxanasına yerləşdirilən şəxsin azərbaycanlı yox, Türkiyə vətəndaşı olduğu bildirildi..
- Yeganə
- Mar 20, 2021
- 1 min read

Bir müddət öncə xəbər verdiyimiz kimi, erməni teleqram-kanallarında Qarabağda çalışan azərbaycanlı sürücünün yolda infarkt keçirməsi və rus sülhməramlılarının müşayiəti ilə Xankəndidəki “respublika” xəstəxanasına yerləşdirildiyi haqda məlumat yayılıb. Xankəndindəki nəşrlərin yaydığı məlumata görə, sözügedən xəstənin kimliyi dəqiqləşdirilib. Məlum olub ki, Xankəndi xəstəxanasında müayinə, yaxud əməliyyat olunan şəxs azərbaycanlı yox, 1965-ci il təvəllüdlü Türkiyə vətəndaşı Mehmet Esen Həsənidir. Guya erməni həkimlər tərəfindən onun ürəyinə stend də qoyulub. Ancaq separatçı rejim qurumları xəstənin əməliyyat olunduğunu təsdiqləməyib. Onların yaydığı məlumata görə, Türkiyə vətəndaşı martın 18-də Rusiya sülhməramlılarının mobil hospitalından Xankəndi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kardiogen şok və miokard infarktı diaqnozu qoyulub. Xəstə bir gün ərzində müalicə olunaraq şok vəziyyətindən çıxarılıb. Sonra isə xəstənin Rusiya hərbçiləri tərəfindən Azərbaycan hərbçilərinə təhvil verildiyi və onun artıq Bakıya gətirildiyi vurğulanıb. Sonradan “Sputnik Ermənistan” da məlumatı təsdiqləyib..\Sultan Laçın
Comments