top of page

“Xankəndidə Azərbaycan manatı işləyəcək” – Açıqlama

  • Yeganə
  • Dec 2, 2020
  • 1 min read

“Oralar Azərbaycan əraziləridir. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Müvəqqəti olaraq əraziyə sülhməramlılar yerləşdirilib”.

Bu fikirləri açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, digər 4 rayonumuzda da Azərbaycan qanunları keçərlidir. “Xocalı, Xankəndi, Xocavənd, Ağdərə Azərbaycan əraziləri olduğu üçün orada Azərbaycan qanunları keçərlidir. O cümlədən, Azərbaycanın milli valyutası da orada fəaliyyət göstərməlidir. Heç bir status-kvodan söhbət gedə bilməz. Müəyyən qədər vaxt lazımdır ki, bu məsələlər öz siyasi həllini tapsın. Sadəcə müəyyən qədər vaxta ehtiyac var”.

Comments


bottom of page