top of page

Xankəndinin işığı və suyu kəsildi - Rusiya mediası

  • Yeganə
  • Nov 1, 2020
  • 1 min read


Azərbaycan Respublikasının işğal altındakı Xankəndi şəhərində bu gecə saat 23:40-dan etibarən susuz qalıb.

Bu haqda Azərbaycan dövlətindən icazəsiz işğal altındakı torpaqlarımıza səfər edən Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri məlumat yayıb. Müxbirin sözlərinə görə, Xankəndidə axşam saatlarından  elektrik enerjisi də, demək olar ki, tamamilə kəsilib. Görünür, ermənilər bu cür xəbərlərlə Azərbaycanı mülki erməni əhalini çətin duruma salmaqda günahlandırmağa çalışır.Moderator

Kommentare


bottom of page