top of page

Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Mustafa Şentop

  • Yeganə
  • Feb 26, 2021
  • 1 min read



Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırının anım mərasimi keçirilib. Mərasimdə TBMM-in sədri Mustafa Şentop çıxış edərək Xocalı soyqırımının XX əsrin ən ağır cinayəti olduğunu bildirib. M.Şentop bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər: “Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir”. M.Şentop vurğulayıb ki, ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur: “İnsanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq. Millətimizə yönəlmiş kampaniyalar o qədər artıb ki, haqlı durumda olduğumuz halda haqsız duruma düşmüşük. Ona görə də bu soyqırımı bütün dünyaya tanıtmalıyıq”

Comments


bottom of page