top of page

Xırdalan sakini evdə özünü asdı

  • Yeganə
  • Apr 4, 2021
  • 1 min read


Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi qeydə alınıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Elçin Rizvan oğlu Qəmxari hələlik məlum olmayan səbəbdən özünü yaşadığı evdə asıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. E. Qəmxarinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunun müvafiq şöbəsinə aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Comments


bottom of page