top of page

Xəstəxanalarda tapşırıq və pulla yatızdırılan yüngül xəstələr var-HƏKİM

  • Yeganə
  • Nov 29, 2020
  • 1 min read



“Çox təəssüflər olsun ki, ölkəmizdə COVİD-19 xəstəliyinə yoluxma hallarının sayı günbə-gün artmaqdadır. Bu xəstəliyin qarşısını almaq üçün hamımız səfərbər olmalıyıq-dövlət, tibb işçiləri və xalq”.

Bu sözləri Cebhe.info-ya açıqamasında tanınmış həkim, Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü Aydın Əliyev deyib.


Aydın Əliyev COVİD-19- xəstələrinin müalicəsi zamanı rast gəlinən xoşagəlməz hallardanda bəhs edib:

“Çox yaxşı hal odur ki, ən üst dövlət səviyyəsində xəstəliklə mübarizə üçün yetərincə maddi və mənəvi dəstək verilir. Lakin təəssüflər olsun ki, hal hazırda COVİD-19 üçün ayrılmış xəstəxanalarda çoxlu sayda tapşırıqla və pul alınaraq yatızdırılan yüngül xəstələr var.

Ağır xəstələrə isə yer tapılmır və onlar evlərində və təcili yardım maşınlarında həyatını itirirlər. Bu hallar təcili araşdırılmalıdır”.



Comments


bottom of page