top of page

Yalçın Rzazadənin ailəsindən NARAZILIQ - Niyə Fəxri Xiyabanda DƏFN EDİLMƏDİ?

  • Yeganə
  • Feb 23, 2021
  • 1 min read

Xalq artisti Yalçın Rzazadənin Fəxri Xiyabanda dəfn edilməməsi ailəsinin narazılığına səbəb olub. Bu barədə Qaygi.info sənətkarın oğlu Mətin Rzazadə bildirib: "Məncə, atam Fəxri Xiyabanda dəfn edilməyə layiq idi. Bəlkə də oğlu olaraq səhv düşünürəm. Layiq olsaydı, yəqin ki, orda dəfn edərdilər. Deməli, layiq bilmədilər ki, dəfn etmədilər. Biz son məqama qədər gözləyirdik ki, təklif edəcəklər, amma etmədilər. Bir neçə dəqiqə sonra Lənkərana yola düşəcəyik". Qeyd edək ki, 75 yaşlı sənətkar ötən gün vəfat edib. O, Lənkəran şəhərində dəfn ediləcək.



Comments


bottom of page