YAP-ın qurultayı başladı - FOTO (YENİLƏNİR)
- Yeganə
- Mar 5, 2021
- 1 min read

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.
Unikal.org xəbər verir ki, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilir.
Unikal.org xəbər verir ki, qurultayda partiya rəhbərliyində təmsil olunan şəxslər, rayon və şəhər təşkilatlarının sədrləri iştirak edir.
Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.\Unikal.org
Comments