Yasamalda binada partlayış: Mənzillərə və avtomobillərə zərər dəydi - VİDEO
- Yeganə
- Dec 11, 2020
- 1 min read

Bakıda 16 mərtəbəli binada partlayış baş verib.
Hadisə “Yeni Yasamal”, Əsəd Əhmədov 45a ünvanında qeydə alınıb.
Belə ki, “Laguna” MTK-ya məxsus binanın 13-cü mərtəbəsində evin eyvanında yerləşən “kombi” istilik aparatının partlaması nəticəsində bir nəfər yanıq xəsarəti alıb. Evə isə ciddi maddi ziyan dəyib.
Bundan əlavə, mənzilin şüşələri sınaraq binanın həyətində yerləşən avtomobillərin üzərinə tökülüb. Nəticədə 3-dən artıq nəqliyyat vasitələri ciddi ziyan görüb.
Hüquq-mühafizə orqanı və FHN əməkdaşları hadisə baş verən əraziyə gəlib.
Yanğınsöndürmə bölmələrinin “MediaPost”a açıqlamasına görə, hadisə qazsızma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
Comments