Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında qazilərlə onlayn görüş
- Yeganə
- Feb 3, 2021
- 1 min read
Vətən müharibəsinin paytaxtın Nəsimi rayonundan olan qəhrəman qazilərindən bir qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında onlayn görüş keçirilib. Görüşə partiyanın 60-dan çox fəal gənci də qoşulub. Görüşü YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan bəhs edib. Görüşdə çıxış edən qazilərimiz və fəal gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən ətraflı danışıblar.AZƏRTAC

Comments