top of page

"Zirə" klubunun legioneri milliyə dəvət aldı

  • Yeganə
  • Oct 27, 2020
  • 1 min read

Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb.


 Mozambik Futbol Federasiyası xəbər verir ki, komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

Onların arasında hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var.

İndiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. Klesio Bauk "Zirə"yə 2020/2021 mövsümünün əvvəlində "Qəbələ"dən keçib.

Qeyd edək ki, Mozambik yığması Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.\\"Report" 

Comments


bottom of page