Ölkəmizdə daha 20 şagird koronaya yoluxdu
- Yeganə
- Oct 9, 2020
- 1 min read
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.
Əyani təhsilə keçmiş siniflərin sayı birdir.
İndiyə qədər ölkə üzrə iki məktəb, 36 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Commentaires