top of page

ÖLKƏMİZDƏ YAŞAYAN ERMƏNİLƏRƏ MÜRACİƏT!!!!

  • Yeganə
  • Oct 21, 2020
  • 1 min read

Hamımıza məlum olduğu kimi Ölkəmizdə 40.000-dən çox erməni millətindən olan şəxs firavan şəkildə yaşamaqdadır.Bu illər ərzində həmin şəxslərə gözün üstə qaşın var deyən olmayıb.

Həmin o ermənilərin ölkəmiz, vətəndaşlarımız, xüsusən də I Qarabağ müharibəsi və Vətən Müharibəsində şəhid olanların valideynləri, qazi olanların isə özləri qarşısında çox böyük mənəvi borcları toplanmışdır.

Bu gün həmin o borcu qaytarmağın vaxtı gəlib çatmışdır.

Əgər həqiqətən də onlar deyildiyi kimi Bizim millətə qarşı səmimidirlərsə qoy onda bunu nümayiş etdirsinlər.

Bunun nümayişi üçün heç kim onlardan gedib Qarabağda vuruşmağı tələb etmir. Vətən uğrunda vuruşmağın ƏN GÖZƏLİNİ biz bacarırıq.

Ölkəmizdə yaşayan erməni millərindən olan şəxslərdən imza toplama kompaniyası təşkil edərək ölkəmizdə fəaliyyət göstərən səfirliklərə, Beynəlxalq təşkilatların Bakıdakı ofislərinə müraciət edərək Erməni terrorçuları tərəfindən Gəncə, Mingəçevir, Tərtər şəhərlərini, Bərdə, Ağcabədi, Goranboy rayonları və digər müharibə zonasına daxil olmayan şəhər və rayonlarımızı raket atəşinə tutmalarına, dinc əhaliyə qarşı "TERROR" və "SOYQRIMI" törətmələrinə biganə qalmamağı tələb etməlidirlər. Bundan əlavə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv dövlətlərindən isə Ermənistanın Müqavilənin şərtlərini pozduğuna görə (KTMT İştirakçı dövlətləri dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc təhdidindən imtina etmək öhdəliklərini təsdiqləyir.... Ermənistan təkcə Müqaviləni deyil, KTMT Nizamnaməsinin 3 və 4-cü maddələrini də pozur. 3-cü maddədə deyilir: "Təşkilatın hədəfləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi gücləndirməkdir" və 4-cü maddədə deyilir: "Təşkilat beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə əsaslanan ədalətli, demokratik dünya düzəninin formalaşmasına töhfə verir" ...) üzvlükdən çıxarılması məsələsinə baxmalarını xahiş edə bilərlər.

Erməni millətindən olan şəxslərin bu addımı, bizə olan mənəvi borclarını qaytarmaları üçün bir addım olmaqla yanaşı öz həmvətənlərinin (deyilənlərə görə Ermənistanda yaşayan ermənilər arasında "guya yaxşı" olanları var) adı üzərindən bu qara ləkənin yuyulmasına bir vasitə olacaqdır.

Comments


bottom of page