top of page

Özünü binadan atan 20 yaşlı qızın mesajları yayıldı - YENİLƏNİB-FOTOLAR

  • Yeganə
  • Feb 21, 2021
  • 1 min read







Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır. "Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir. Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb. Qaygi.info xəbər verir ki, gənc qızın intihar etməsinə səbəb ailəsi tərəfindən fiziki və psixoloji durum göstərilir. Belə ki, sosial şəbəkələrdə Sevil Atakişiyevanın 1 il əvvəl olan yazışmaları ortaya çıxıb. Onunun təhsil almaq üçün ölkədən getmək üçün pul topladığı məlum olub. Ailəsini razı salmaq üçün o, saxta evlilik planı da qurub. Lakin bunlar baş vermədikdə Sevil intihara əl atıb. Qeyd edək ki, faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.Unikal.org




Comments


bottom of page